Yazarlar bu körpənin həyatını xilas etmək üçün toplaşacaq

Bir körpənin həyatını xilas etmək üçün yazarlar bir araya gələcək.

Metbuat.az xəbər verir ki, İnci adlı körpənin həyatı təhlükə altındadır. Başına su yığılan körpənin təcili əməliyyat olunması üçün valideynlərinin maddi imkanı yoxdur. Körpənin həyatını xilas etmək üçün yazarlar aksiya keçirəcək. 30 aprel saat 13:00-da, İncinin ad günündə Rabiqə Nazimqızı, Kənan Hacı, Nuranə Nur Yusif, Nazim Ərəbsoy, Fuad Cəfərli və başqaları “Buggy Bug” Uşaq İnkişaf və Tədris Mərkəzində xeyriyyə aksiyası təşkil edəcək. Yazarlar kitab imzalama mərasimində iştirak edəcək və toplanan gəlir körpənin müalicəsinə sərf ediləcək.

Aksiyaya qoşulmaq istəyənlər Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov metosunun yanı,Uşaq poliklinikasının arxasında yerləşən “Buggy Bug” Uşaq İnkişaf və Tədris Mərkəzinə gələ bilər.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR