Narkoman anasını boğaraq öldürdü

Türkiyənin Bursa şəhərində dəhşətli hadisə baş verib.

Metbuat.az xəbər verir ki, narkotik istifadəçisi Aykun hələ bəlli olmayan səbəbə görə anası ilə mübahisə etməyə başlayıb. Gərginləşən mübahisənin sonunda isə Aykun anasının boğazını əvvəl bir örtüylə sıxıb, daha sonra isə əlləri ilə onu boğub öldürüb. Anasını öldürən gənc küçəyə çıxaraq, "anamı öldürdüm" deyə qışqırmağa başlayıb.

Bunu eşidən qonşular polisə xəbər verib. Polis hadisə yerinə gələrək Aykutu həbs edib.

Rəvan Nasiroğlu / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR