Londonda antiterror atışması: polislər 20 yaşlı qızı vurdular - VİDEO - FOTO

11:05 28 Aprel 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

Londonun şimal-qərbindəki Uilsdon səmtində polis antiterror əməliyyatı keçirib.

Terror aktı hazırlamaqda şübhəli bilinən 4 nəfər tutulub.

Milli.Az The Guardian-a istinadən bildirir ki, tutulanlar arasında 20 yaşlı qız, 16 yaşlı yeniyetmə oğlan və 43 yaşlı qadın var.

London polisinin (Skotlənd Yard) yaydığı rəsmi məlumatda bildirilir ki, şübhəli şəxslər tutularkən atışma olub. Bu zaman şübhəlilərdən 20 yaşlı qız yaralanıb.

Hazırda o, Harlesden Road səmtindəki xəstəxanaya yerləşdirilib. Yaralanmış qızın vəziyyəti ağır olsa da, stabildir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Londonda antiterror atışması:polislər 20 yaşlı qızı vurdular

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR