Orskda 31 yaşlı azərbaycanlı iş adamı qətlə yetirilib

Orskda 31 yaşlı azərbaycanlı iş adamı qətlə yetirilib
11:12 28 Aprel 2017
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Rusiyanın Orsk şəhərində 31 yaşlı azərbaycanlı iş adamı qətlə yetirilib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Orsk müstəntiqləri qətl ilə bağlı cinayət işi başladıb.
Cinayət aprelin 26-da gecə saatlarında törədilib. Çerniqovskaya küçəsində yerləşən binanın həyətində başından və bədənindən güllə yarası almış kişi meyiti tapılıb. Müstəntiqlər mümkün qatili müəyyənləşdirib, o indi axtarışdadır.
Cinayəti törətməkdə 32 yaşlı azərbaycanlı Xancanov Balaş Allahşükür oğlu şübhəli bilinir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/orskda-31-yasli-azerbaycanli-is-adami-qetle-yetirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR