Macarıstan Azərbaycana 100 min avro ayırdı

11:27 28 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Macarıstan hökuməti ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun "Ceyrançöl ətrafının partlamamış hərbi sursatlardan təmizlənməsi" layihəsi çərçivəsində 100 min avro ayırıb.

Milli.Az xəbər verir ki, Macarıstanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, ödəniş NATO Dəstək Agentliyinin hesabına edilib. NATO-nun mənzil-qərargahında Tərəfdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsinin iclasında Türkiyə "Ceyrançöl təmizləmə layihəsi"nin 3-cü mərhələsinin lider ölkəsi kimi, Azərbaycan isə alıcı ölkə kimi Macarıstan hökumətinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, cari ilin yanvarından Macarıstan səfirliyi NATO-nun Bakıdakı nümayəndəliyinin əlaqələndiricisidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/539525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR