Polis tanınmış aktyoru hava limanında saxladı

Türkiyəli aktyor Tolqa Karel polis bölməsinə ifadə verməyə çağrılıb.

Metbuat.az xəbər verir ki, aktyor ABŞ-dan vətənə dönərkən hava limanında saxlanılıb. Karelə 1 il əvvəl avtomobil yolunda baş verən mübahisəyə görə ifadəsinin alınacağını bildirib.

“1 ildir ki, Türkiyədə deyildim. İfadə verməli olduğumdan xəbərsiz idim. Hazırda ifadə verməyə gedirəm. Düşünürəm ki, hər şey yoluna düşəcək”, - deyə Karel bildirib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR