Macarıstan XİN başçısı: “Avropanın təhlükəsizliyi Türkiyədəki sabitlikdən başlayır”

Macarıstan XİN başçısı: “Avropanın təhlükəsizliyi Türkiyədəki sabitlikdən başlayır”
12:47 28 Aprel 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ “Macarıstan Türkiyəni Avropa İttifaqı üçün vacib tərəfkeş sayır və Avropanın təhlükəsizliyinin Türkiyədəki sabitlikdən başladığını hesab edir”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa İttifaqına üzv dövlətlərin XİN başçılarının Türkiyə ilə münasibətlə bağlı qeyri-rəsmi görüşündən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
“Avropa İttifaqının miqrasiya müqaviləsi bağlamaqla öz təhlükəsizliyini Türkiyəyə həvalə etdiyini unutmayaq. Bu müqavilə işləməsə, o zaman yüz minlərlə, bəlkə də milyonlarla miqrant Balkanın qərbi ilə Avropa İttifaqı ərazisinə gələcək. Avropanın təhlükəsizliyi Türkiyədəki sabitlikdən başlayır. Türkiyədə sabitlik bütövlükdə Avropa İttifaqının maraqlarına xidmət edir. Türkiyədə sabitliyə zərbə vuracaq bütün şəraitdən qaçmaq lazımdır”, - nazir vurğulayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/avropanin-tehlukesizliyi-turkiyedeki-sabitlikden-baslayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR