Ombudsman əməkdaşları 15 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib

Ombudsman əməkdaşları  15 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib
13:02 28 Aprel 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər.
Qrumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, başçəkmə BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil edilmiş, müəssisədə saxlanma şəraiti və rəftar məsələləri, daxil olmuş ərizə və müraciətlər, məhkumların hüquqlarının təmini, habelə müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyəti yerində araşdırılıb.
MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində müəssisənin yataqxana korpuslarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, görüş yerlərinə, yeməkxanaya, mətbəxə və digər obyektlərə baxışlar keçirilib, tibbi yardımın təşkili, yemək-qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.
Müəssisədə həyata keçirilən işlər çərçivəsində saxlanma şəraitinin təkmilləşdirilməsinə olan ehtiyacın aradan qaldırılması məqsədilə MPQ üzvləri tərəfindən müəssisə rəhbərliyinə tövsiyələr verilib.
MPQ üzvləri tərəfindən həmin müəssisədə qəbul olunmuş məhkumlar konfidensial qaydada dinlənilmiş, hüquqlarının təmin olunma vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər, müəssisə əməkdaşlarının məhkumlarla rəftarı, müvafiq qərarlarla bağlı sənədləşmə araşdırılıb, saxlanma şəraiti və tibbi yardımla bağlı bir sıra müraciətlər yerində təmin edilib.
Qəbul zamanı məhkumlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilmiş, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, hüquqi maarifləndirici söhbətlər aparılıb.
Başçəkmənin yekununda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılmış, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CÇM-lərin Daxili intizam qaydalarına uyğun şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi, müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/ombudsman-emekdaslari-15-sayli-cezacekme-muessisesine-bas-cekib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR