​“Tanpınarı kəşf edirəm” müsabiqəsinin qalibləri

“Tanpınarı kəşf edirəm” müsabiqəsinin qalibləri Türkiyədə

Yunus Əmrə İnstitutu tərəfindən elan olunmuş “Tanpınarı kəşf edirəm” adlı esse müsabiqəsinin qalibləri Nəriman Əbdülrəhmanlı, Zərəngiz Dəmirçiqayalı, Yeganə Neymətulla, Təranə Vahid, Lamiyə QurbanlıTürkiyənin İstanbul, Yalova, Əskişəhər, Konya və Bursa şəhərlərinə beş günlük səfər edib.

Səfərdə Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım və layihənin koordinatoru Şəhla Aslan da iştriak edib.


Səfər müddətində qonaqların Əskişəhər valisi Əzmi Çəlik, Bursa şəhər Osmanqazi Bələdiyyəsinin sədri Mustafa Dündar, Osmanqazi Bələdiyyəsinin Kültür və Sosial İşlər müdiri Kənan Kır və onun müavini Mehmet Uzun, Türk Dünyası Vəqfinin rəhbəri Adnan Təkşənlə rəsmi görüşləri baş tutub.


Qaliblərlə görüşən Əskişəhər valisi Əzmi Çəlik onlara müxtəlif hədiyyələr təqdim edib. Bursa şəhərinə səfər zamanı isə Osmanqazi Bələdiyyəsi tərəfindən qonaqların şərəfinə ziyafət təşkil edilib. Konyada Azərbaycan nümayəndə heyətini qonaqpərvərliklə qarşılayan professor Əli Bərat Alptəkin və dosent Səlcuq Pekər onları şəhərlə yaxından tanış edib.


Qaliblər beş gün ərzində Türkiyənin tarixi-mədəni yerləri, o cümlədən Konyadakı N.Ərbakan və Səlcuq Universitetləri, Əskişəhərdəki Anadolu Universiteti, Türk Dünyası Elm, Kültür və Sənət Mərkəzi ilə tanış olublar.

“Tanpınarı kəşf edirəm” adlı esse müsabiqəsi qaliblərinin Türkiyə səfəri zəngin və maraqlı görüşlərlə yadda qalıb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR