Avropa çempionatında çıxış edən Azərbaycan yunan-Roma güləşçilərinin adları açıqlanıb

Avropa çempionatında çıxış edən Azərbaycan yunan-Roma güləşçilərinin adları açıqlanıb
13:17 28 Aprel 2017
99 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Mayın 2-də Serbiyanın Novi Sad şəhərində start götürəcək Avropa çempionatı üçün Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının heyəti açıqlanıb.
"Report"un məlumatına görə, heyət Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovun iştirakı ilə Olimpiya Güləş Mərkəzindəki bugünkü məşqdən sonra elan edilib. Beləliklə, çempionatda yığmanın böyük məşqçisi Akif Əliyev və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında Taleh Məmmədov (59 kq), Sənan Süleymanov (66 kq), Həsən Əliyev (71 kq), Ruhin Mikayılov (75 kq), Emin Əhmədov (80 kq), Arif Niftullayev (85 kq), Araz Həsənov (98 kq) və Oyan Nəzəriani (130 kq) mübarizə aparacaq.
Proqrama əsasən, çempionatın son 2 günündə - mayın 6-da 59 kq, 66 kq, 98 kq və 130 kq, son yarış günündə isə 71 kq, 75 kq, 80 kq və 85 kq çəkili yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək.
Qeyd edək ki, Olimpiya Güləş Mərkəzindəki hazırlıq prosesində İraq və Gürcüstandan olan güləşçilər də iştirak edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/avropa-cempionatinda-cixis-eden-azerbaycan-yunan-roma-gulescilerinin-adlari-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR