Aydın Əliyev Ağsuda qəbul keçirdi

Aydın Əliyev Ağsuda qəbul keçirdi
13:28 28 Aprel 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Ağsu şəhərindəki Gənclər Mərkəzində vətəndaşları qəbul edib.

DGK-dan Publika.az-a verilən məlumata görə, qəbulda bölgədə yerləşən Ağsu, Şamaxı, Qobustan və İsmayıllı rayonlarının sakinlərinin müraciətləri dinlənilib.

Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/196814.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR