Gürcüstan parlamentinin keçmiş sədri siyasətə qayıdıb, partiya yaradır

Gürcüstan parlamentinin keçmiş sədri siyasətə qayıdıb, partiya yaradır
13:37 28 Aprel 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Gürcüstan parlamentinin keçmiş sədri David Usupaşvili siyasətə qayıtdığını və yeni partiya yaradacağını bildirib.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, onun quracağı partiya müxalifətyönlü olacaq. 
“Mən siyasətə qayıdıram ki, iştirakımla hakimiyyətdə və müxalifətdə olduğum dövrdə buraxılan səhvlərin məsuliyyətini üzərimə götürüm”, - D.Usupaşvili bəyanatında vurğulayıb.
Qeyd edək ki, D.Usupaşvili 2016-cı ilin oktyabrında keçirilən parlament seçkilərində uğur əldə edə bilmədiyindən Respublikaçılar Partiyasının üzvlüyündən çıxıb. Onunla yanaşı, keçmiş müdafiə naziri və həyat yoldaşı Tinatin Xidaşvili də bu partiyanı tərk edib.
Respublikaçılar Partiyası 2016-cı ilin iyulunadək milyarder, Gürcüstanın keçmiş baş naziri Bdzina İvanişvilinin yaratdığı “Gürcü arzusu” koalisiyasının fəal üzvlərindən olub.

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustan-parlamentinin-kecmis-sedri-siyasete-qayidib-partiya-yaradir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR