AMEA-nın akademik katibi: “Akademiklər orta və ali təhsil müəssisələri üçün dərslik yazmırlar”

AMEA-nın akademik katibi: “Akademiklər orta və ali təhsil müəssisələri üçün dərslik yazmırlar”
13:42 28 Aprel 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ “AMEA-nın Rəyasət Heyətində üzvlərə dəfələrlə müraciət edilib ki, orta və ali təhsil müəssisələri üçün dərslik yazın. Lakin yazan yoxdur. Heç buna motivasiya da mövcud deyil”.
“Report”un xəbərinə görə, bunu AMEA-nın Rəyasət Heyətinin 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan Ümumi yığıncağında qurumun akademik katibi Rasim Əliquliyev deyib.
O bildirib ki, hazırda aparıcı elmi işçilərin bütün fikirləri istinad və FİŞ indeksinin yanındadır: “Təbii ki, bunu aşağılamıram, dəstək verirəm. Biz Tomson Reyterlə müqavilə bağlamışıq, onlar qarşısında hətta şərt də qoyulub ki, bizim illik hesabatımızı verin. Çünki bu gün hər kəs özü üçün bir reytinq çıxarırır. Kimə necə sərf edirsə, müxtəlif reytinqlər verir, özünü qabağa çəkir və s. Amma bu qiymətləndirmə Tomson Reytersdən gəlməlidir”.
R.Əliquliyev qeyd edib ki, bu gün Azərbaycan alimləri yalnız Tomson naminə işləməli deyillər: “Azərbaycan alimi ölkə biliklərinə və iqtisadiyyatına öz dəstəyini verməli, elmi kadr hazırlamlıdır”.
Onun sözlərinə görə, Azərbaycan elmini inkişaf etdirmək lazımdır: “Alimlərimiz bu gün çoxmeyarlı alternativlər qarşısındadır. Azərbaycan elmi fəaliyyətinin qiymətləndirilməsi üçün çoxlu multimeyarlar üzrə yeni mexanizmlər işlənməlidir. Həmin mexanizmlərin vasitəsilə həm alimin, həm elmi müəssisələrin, həm də universitetlərin fəaliyyətini bu işə cəlb etmək lazımdır. Hər bir alimin fəaliyyəti tək FİŞ indeksinə görə müəyyənlənməşli deyil”.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/amea-nin-akademik-katibi-akademikler-orta-ve-ali-tehsil-muessiseleri-ucun-derslik-yazmirlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR