Tanınmış azərbaycanlı aktyor BANKROT OLUB: "2 otaqlı evin pulu..."

Tanınmış azərbaycanlı aktyor BANKROT OLUB: "2 otaqlı evin pulu..."
13:44 28 Aprel 2017
136 Digər
Ölkə mətbuatı
A- A+

 

Aktyor Elməddin Cəfərov bir neçə il öncə bankrot olduğunu bildirib. Lent.az-ın canlı yayımında qonaq olan aktyor qeyd edib ki, sənətdən uzaqlaşaraq başqa biznes qurmaq sevdası puç olub: “Bir neçə dəfə sənətdən uzaqlaşmaq istəmişəm. Biznes qurmuşdum, ziyana getdim deyə geri çəkildim. Dostumla elektrik dükanı açmışdım, ziyana getdik, daha sonra kafe açdıq, orada da pulumuzu batırdıq. Nə qədər pul itirdiyimi deyə bilmərəm. Amma onu deyə bilərəm ki, həmin vaxt kirayədə qalırdım, evə alacağım pulu o işə qoydum ki, 2 otaqlı ev almayım, oradan pul qazanım, 3 otaqlı ev alım. Amma o 2 otaqlı evin pulu getdi, əvəzində 8 il kirayədə qaldım. Yəni həyatda bu risklərə getmişəm. Anladım ki, ticarət mənlik deyil".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273335

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR