AŞPA-nın vitse-prezidenti: "Aqramuntun təşkilatın adından bəyanat verməyə haqqı yoxdur"

AŞPA-nın vitse-prezidenti: "Aqramuntun təşkilatın adından bəyanat verməyə haqqı yoxdur"
13:47 28 Aprel 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 Aprel. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt təşkilatın adından bəyanat verə və səfərlərdə iştirak edə bilməz.
“Report” “RİA Novosti”ya istinadən xəbər verir ki, bu barədə Assambleyanın vitse-prezidenti, AŞPA-da Britaniya nümayəndə heyətinin rəhbəri Rocer Geyl Assambleyanın nizamnamə orqanı - Büronun iclasından sonra bildirib.
"Gördüyünüz kimi, Aqramunt bu gün Büroya rəhbərlik etməyib, bunu mən öz üzərimə götürdüm", - deyə o bildirib.
R.Geyl, həmçinin bildirib ki, Büro AŞPA-nın prezidentinə etibar etmir. “O, təşkilatın adından bəyanat verə və səfərlərdə iştirak edə bilməz", - Britaniya nümayəndə heyətinin rəhbəri bildirib.
Onun sözlərinə görə, Avropa və AŞPA-nın prinsipləri təşkilatın ayrı-ayrı üzvlərindən daha vacibdir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/aspa-nin-vitse-prezidenti-aqramuntun-teskilatin-adindan-beyanat-vermeye-haqqi-yoxdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR