Nazir: "Azərbaycanda strateji məhsullara tələbatın yerli istehsalla ödənilməsinə nail olunub" - FOTO

Nazir: "Azərbaycanda strateji məhsullara tələbatın yerli istehsalla ödənilməsinə nail olunub" - FOTO
13:47 28 Aprel 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyevin respublikada qeyri-neft sektoruna göstərdiyi yüksək diqqət nəticəsində iqtisadiyyatın prioritet sahələrindən olan aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi və regionların inkişafı istiqamətində əhəmiyyətli nailiyyətlər əldə olunub.

Milli.Az xəbər verir ki. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Antalyada keçirilən "Türkiyə-Afrika kənd təsərrüfatı nazirlərinin 1-ci iclası və Biznes Forum"da çıxışında deyib.

Nazir bildirib ki, ölkədə aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində Azərbaycanda bir sıra strateji məhsullara olan tələbatın yerli istehsal hesabına tam ödənilməsinə, ölkənin ərzaq təhlükəsizliyində xarici bazardan asılılığın azalmasına, ixrac yönümlü məhsulların istehsal həcmini artırmaqla regionların inkişafına nail olunub. Fermerlərin dövlət tərəfindən çoxşaxəli subsidiyalarla təmin edilməsi kənd təsərrüfatı ilə məşğul olanların rifah halının yüksəldilməsinə səbəb olub.

H.Əsədov Azərbaycanın bir sıra Afrika ölkələri ilə sıx diplomatik əlaqələrinin mövcud olduğunu və Afrika İttifaqına daxil olan 26 ölkə ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq etdiyini qeyd edərək, kənd təsərrüfatının inkişaf etdirilməsində, ərzaq təhlükəsizliyinin tam təmin olunmasında beynəlxalq müstəvidə ikitərəfli və çoxtərəfli əməkdaşlığın yüksək səviyyədə qurulmasını əsas şərtlərdən biri kimi qiymətləndirib.

Nazir H.Əsədov diqqətə çatdırıb ki, 2016-cı il ərzində Azərbaycan Afrika ölkələrindən 8,6 milyon dollarlıq kənd təsərrüfatı və ərzaq məhsulları idxal edib, 251 min dollar həcmində isə bu ölkələrə məhsul ixrac edib. Ümumilikdə isə, kənd təsərrüfatı məhsullarının idxal və ixrac edildiyi Afrika ölkələri arasında Cənubi Afrika Respublikası, Əlcəzair, Həbəşistan, Misir, Kenya, Qana, Madaqasqar və digər Afrika ölkələr yer alır.

H.Əsədov Azərbaycanda əlverişli investisiya mühütinin formalaşdığını, aqrobiznes sektorunun böyük potensiala malik olduğunu, investorların hüquqlarının milli qanunvericiliklə tam müdafiə olunduğunu və ən əsası ölkədə hökm sürən sabitliyi diqqətə çatdıraraq, bu sahədə maraqlı olan iş adamlarını Azərbaycanda kənd təsərrüfatı sektoruna investisiya yatırımı etməyə dəvət edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/539621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR