Almaniya prokurorluğu İŞİD üzvü olmaqda şübhəli bilinən suriyalı qaçqını saxlayıb

Almaniya prokurorluğu İŞİD üzvü olmaqda şübhəli bilinən suriyalı qaçqını saxlayıb
13:52 28 Aprel 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Almaniya polisi Suriyada terrorçu İŞİD qruplaşmasının tərkibində döyüşməkdə şübhəli bilinən 23 yaşlı suriyalı qaçqını saxlayıb.
“Report” “DW”-yə istinadən xəbər verir ki, polis onu aprelin 27-də ölkənin cənub-qərbində yerləşən Baden-Vyurtemberq torpağının Biberax dairəsində nəzarətə götürüb.
Aprelin 28-də isə Federal Prokurorluğun əməkdaşları onun yaşadığı mənzildə axtarış aparıb. Məlumata görə, həmin suriyalı 2013-cü ildə İŞİD-ə qoşulmaqda və silahlı əməliyyatlarda iştirakda şübhəli bilinir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/almaniya-prokurorlugu-i-si-d-uzvu-olmaqda-subheli-bilinen-suriyali-qacqini-saxlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR