"Qalatasaray"-dan Azərbaycana qurşaqdan aşağı zərbə

Türkiyənin "Qalatasaray" futbol klubunun rəhbərliyi gələn sezon çempion olmaq üçün yeni futbolçular axtarmağa davam edərkən, erməni futbolçu ilə transfer danışıqlarına başlayıb.

Metbuat.az xəbər verir ki, "Qalatasaray"ın erməni futbolçu Vahan Bıçakçıyanı öz komandasına transfet etmək istəyi ciddi səs-küy doğurub. Türk mediasında yer alan xəbərlərdə qeyd olunur ki, "Qalatasaray" 2016-cı ildən erməni futbolçubu izləyirmiş.

Bıçakçıyanın oynadığı "Şirak" komandası isə heç bir türk komandasından belə bir təklif almadıqlarını və alacaqları halda isə, bu təklifi rədd edəcəklərini deyib.

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR