Moskva görüşü öncəsi cəbhədə VƏZİYYƏT GƏRGİNLƏŞDİ: düşmən itki verdi

Moskva görüşü öncəsi cəbhədə VƏZİYYƏT GƏRGİNLƏŞDİ: düşmən itki verdi
14:03 28 Aprel 2017
360 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan ordusu itki verib.

Publika.az
Ermənistan mediasına istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 09:30-da baş verib.

Ermənistan ordusunun 1998-ci il təvəllüdlü əsgəri Mqer Arzumanyan aldığı güllə yarası ilə ölüb.

Ermənistan tərəfi dünən axşamdan başlayaraq atəşkəs rejimini 120 dəfə pozub.

Qeyd edək ki, bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü keçirilib. Qapalı keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilir. Görüş ərəfəsində erməni hərbi birləşmələrinin cəbhədə atəşkəsi pozması Ermənistan tərəfinin konstruktiv danışıqların tərəfdarı olmadığını bir daha sübut edir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/196823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR