"MİDA"nın aktivləri 11 mln. manata yaxındır

"MİDA"nın aktivləri 11 mln. manata yaxındır
14:12 28 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki “MİDA” MMC 2016-cı ilin yekunu ilə bağlı maliyyə hesabatını açıqlayıb.
“Report” hesabata istinadən xəbər verir ki, bu il yanvarın 1-nə şirkətin aktivləri 10,646 mln. manat olub.
Bunun 863 min manatını uzunmüddətli aktivlər, 9,783 mln. manatını isə qısamüddətli aktivlər təşkil edib.
Hesabat dövrünün sonuna “MİDA”-nın öhdəlikləri 124 min manat, o cümlədən uzunmüddətli öhdəlikləri (təxirə salınmış vergi öhdəlikləri) 15 min manat, cari öhdəlikləri (kreditor borcları) 109 min manat, cəmi kapitalı isə 10,522 mln. manat təşkil edib.
Ötən il “MİDA”-nın əməliyyat gəlirləri 14 min manat, maliyyə gəlirləri 498 min manat, inzibati və sair əməliyyat xərcləri 974 min manat təşkil edib. Son nəticədə, şirkətin xalis əməliyyat zərəri 462 min manat olub.
“MİDA” mənfəətlə işləməsə də, dövlət büdcəsinə 15 min manat mənfəət vergisi ödəyib və ötən ili 477 min manat xalis zərərlə başa vurub.
Xatırladaq ki, “MİDA” 11 aprel 2016-cı ildə yaradılıb, 17 may 2016-cı ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 mln. manatdır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/mi-da-nin-aktivleri-11-mln-manata-yaxindir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR