Oyun vaxtı pivə içən idmançılar diskvalifikasiya olundular

Oyun vaxtı pivə içən idmançılar diskvalifikasiya olundular
14:12 28 Aprel 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın 4 xizəkçisi Asiya Oyunlarında alkoqoldan istifadə etdikləri üçün diskvalifikasiyaya məruz qalıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xizək İdmanı Assosiasiyası qərar verib.

İdmançılar hərəyə 2 qab pivə içdiklərini bildiriblər. Onlar gələcək beynəlxalq yarışlarda analoji halların təkrarlanmaması üçün belə ağır cəzaya məruz qalıblar.
Qış Asiya Oyunları 19 - 26 fevralda Yaponiyanın Sapporo şəhərində keçirilib. Cənubi koreyalı xizəkçilər 3 medal qazanıblar.
2018-ci ilin 9 - 25 fevralında Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunları keçiriləcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/539623.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR