Əcnəbi tələbələr bu üç universiteti daha çox seçir

Əcnəbi tələbələr bu üç universiteti daha çox seçir
14:14 28 Aprel 2017
129 Digər
Ölkə mətbuatı
A- A+

2016/2017-ci tədris ili üzrə hazırda ölkəmizdə 5007 nəfər əcnəbi tələbə təhsil alır.

 

Lent.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin 2016-ci ilin illik hesabatında məlumat verilib.

 

Hesabatda bildirilir ki, əcnəbi tələbələrin üstünlük təşkil etdiyi ali təhsil müəssisələri sırasında ilk üçlüyü Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Bakı Dövlət Universiteti tutur.

 

 Azərbaycanda təhsil alan əcnəbi tələbələrin əksəriyyəti Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Türkmənistan və Çindən gələn tələbələrdir. Tələbələr sırasında üstünlüyü türkiyəli tələbələr təşkil edir. 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273340

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR