Dubaydan Qəbələyə aviareys açılır

Dubaydan Qəbələyə aviareys açılır
14:17 28 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel.REPORT.AZ/ "Flydubai" aviaşirkəti mövsümlə əlaqədar birbaşa uçuşlar şəbəkəsini genişləndirir. "Report"un əldə etdiyi məlumata görə, aviaşirkət Dubaydan yay uçuşları qrafikinə Gürcüstanın Batumi, Azərbaycanın Qəbələ və Monteneqronun Tivat şəhərini də əlavə edib. 
Belə ki, Dubay-Qəbələ aviareysləri iyunun 22-dən sentyabrın 17-dək, həftədə 2 dəfə (IV və VI günlər) yerinə yetiriləcək.
Qeyd edək ki, "Flydubai" Mərkəzi, Şimali Avropa və MDB regionunda 44 ölkə və 93 istiqamət üzrə uçuşlar yerinə yetirir.

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/dubaydan-qebeleye-aviareys-acilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR