Azərbaycan Ali Hərbi Məktəbinin kursantları artilleriya qurğularından döyüş atışları icra ediblər

Azərbaycan Ali Hərbi Məktəbinin kursantları artilleriya qurğularından döyüş atışları icra ediblər
14:17 28 Aprel 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Bu ilin döyüş hazırlığı planına əsasən, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 4-cü kursunda təhsil alan kursantlar üçün artilleriya təlim mərkəzində “Atış və atəşin idarə edilməsi” fənni üzrə döyüş atışlı praktiki məşğələ keçirilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məşğələnin əsas məqsədi tədris dövründə keçirilən dərslərdə ixtisas hazırlığı üzrə əldə olunan bilik və bacarıqların poliqonlarda, real döyüş şəraitinə uyğun vəziyyətdə praktiki tətbiqinin yoxlanılması olub.
Kursantlar 122 millimetrlik D-30 tipli haubitsalardan döyüş mərmiləri ilə atışları icra etməklə müxtəlif məsafələrdə hərəkət edən və hərəkətsiz hədəfləri məhv etmək üzrə normativ çalışmaları yerinə yetiriblər.
Döyüş şəraitinə tam uyğunlaşdırılmış vəziyyətdə keçirilən təlimdə şəxsi heyətin döyüş və mənəvi-psixoloji keyfiyyətləri yüksək qiymətləndirilib.






Xəbərin orijinal ünvanı: https://report.az/herbi/herbi-mektebin-kursantlari-artilleriya-qurgularindan-doyus-atislari-icra-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR