Rəisin otağından 11 əsir çıxdı - Gizli kamera tapıldı - VİDEO - FOTO

Rəisin otağından 11 əsir çıxdı - Gizli kamera tapıldı - VİDEO - FOTO
14:17 28 Aprel 2017
132 Maraqlı
Ölkə mətbuatı
A- A+

Filippinin paytaxtı Maniladakı polis idarələrindən birinin rəisi Robert Dominqo tutulub. Polis polkovnikinin iş otağında gizli məhbəs kamerası aşkarlanıb.

Milli.Az AP-a istinadən bildirir ki, şəhər prokurorluğu rəisin otağında kitab dolabının arxasında dar kameranın qapısını üzə çıxarıb. Həmin kamerada qanunsuz saxlanmış 11 nəfər vardı.

"Rəis əsirləri"nin dediklərinə görə, onları Filippin prezidenti Rodrigo Dutertenin narkomafiyaya və narkotacirətə qarşı bəyan etdiyi kampaniya çərçivəsində tutublar.

"Heç bir günahım yoxdur. Gecə evə gəldilər. Üzlərində maska, əllərində tapança olan 5 nəfərdi. Döydülər, sonra maşına mindirib bura gətirdilər. Ertəsi gün dedilər ki, rəisə 5 min dollar verməsəm, həbsxanada çürüyəcəyəm", - kameradakı "əsir"lərdən biri deyib.

Polis rəisinin kabinetindəki "kamera"dakı 11 nəfər arasında 7-8 gün saxlananlar da vardı.

Robert Dominqo isə özünə haqq qazandırmağa çalışaraq "onları saxladıq, amma məlumatları hələ araşdırırıq" deyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rəisin otağından 11 əsir çıxdı - gizli kamera tapıldı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/539503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR