"Həzi Aslanov" metro stansiyasında eskalator yenidən istifadəyə verilib

"Həzi Aslanov" metro stansiyasında eskalator yenidən istifadəyə verilib
14:22 28 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Bakıda metronun "Həzi Aslanov" stansiyasında 3 saylı eskalatorun əsaslı təmiri başa çatdırılaraq yenidən sərnişinlərin istifadəsinə verilib. "Bakı Metropoliteni" QSC-dən "Report"a daxil olan məlumata görə, təmir prosesində "ET-5M" tipli eskalatorun bütün hissələri təlimat qaydalarına tam riayət edilməklə müayinə olunub, dəyişdirilməsi zəruri olan detallar, qovşaqlar yenisi ilə əvəz olunub.
İşlərin yekununda avadanlıqda defektoskopiya yoxlaması aparılıb. Sınaq yürüşündən sonra eskalator istismara qəbul edilib.
Qeyd edək ki, 3 saylı eskalator fevral ayının 15-də texniki istismar qaydalarının tələblərinə uyğun olaraq, qaçış məsafəsi son texniki norma həddinə çatdığı üçün təmirə dayandırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/hezi-aslanov-metro-stansiyasinda-eskalator-yeniden-istifadeye-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR