AŞPA sədrinin vəzifədən uzaqlaşdırılması ilə bağlı prosedur başlayıb

AŞPA sədrinin vəzifədən uzaqlaşdırılması ilə bağlı prosedur başlayıb
14:32 28 Aprel 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) xüsusi komissiyası qurumun başçısı Pedro Aqramuntun tutduğu vəzifədən uzaqlaşdırılması ilə bağlı proseduru həyata keçirməyə başlayıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu assambleya sədrinin müavini Georgi Loqvinski bildirib.
Onun sözlərinə görə, AŞPA Pedro Aqramuntun bəyanatını gözləyir və bununla bağlı istənilən vaxt iclas keçirməyə hazırdır: "AŞPA-nın bürosu Aqramunta etimadsızılıq göstərib və ona qurumun adından danışmağı qadağan edib”. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/aspa-sedrinin-vezifeden-uzaqlasdirilmasi-ile-bagli-prosedur-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR