PSJ cəzalandırıldı

PSJ cəzalandırıldı
14:37 28 Aprel 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

Fransa Liqa Kubokunun finalında baş verən azarkeş intiamsızlığı PSJ klubunun cəza alması ilə nəticələnib.

Aprelin 1-i "Lyon"un ev stadionu "Stad de Lumiere"də "Monako" ilə qarşılaşan Paris təmsilçisi 4:1 hesabıyla qalib gələrək mövsümdə ilk tituluna sahib çıxmışdı.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyunun gedişində PSJ azarkeşləri stadionun bir neçə oturacağını yarasız vəziyyətə salmışdı. "Lyon"un prezidenti Jan-Mişel Olas federasiyadan bu barədə ölçü götürməyi istəmişdi. Nəticədə İntizam Komitəsi PSJ-yə 100 min avro cərimə kəsib. Fanatların intizamsızlığı bir daha təkrarlansa, Paris klubu 2 ev oyununu boş tribunalar önündə keçirməli olacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/539618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR