"Azəriqaz"da Ümumdünya əməyin mühafizəsi günü münasibəti ilə yığıncaq keçirilib

"Azəriqaz"da Ümumdünya əməyin mühafizəsi günü münasibəti ilə yığıncaq keçirilib
14:42 28 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Beynəlxalq Əmək Təşkilatının (BƏT) müəyyənləşdirdiyi 28 aprel günü hər il Ümumdünya əməyin mühafizəsi günü kimi qeyd olunur. Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində keçirilən yığıncaqda, Birliyin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev, Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov, şöbə rəisləri, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər. Bu barədə “Report”a “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Yığıncağı giriş sözü ilə açan C.Şıxəliyev Ümumdünya əməyin mühafizəsi günü ilə bağlı tədbir iştirakçılarına məlumat verib. Qeyd edib ki, bu günün qeyd olunması 2002-ci ildən başlayıb. Həmin vaxt BƏT onu əməyin mühafizəsi, gigiyenası və mədəniyyəti konsepsiyasının formalaşdırılması və müdafiəsi kimi nəzərdə tutub: “Ümumdünya əməyin mühafizəsi günü əməyin mühafizəsi üzrə profilaktik tədbirlərdən ibarət olub, iş yerində bədbəxt hadisələrin və işçilərin səhhətinin pisləşməsinin qarşısının alınması probleminə həsr olunub. Ümumiyyətlə, bu günün keçirilməsi ideyası ilk dəfə 1989-cu ildə Amerika və Kanada zəhmətkeşləri tərəfindən irəli sürülüb. Onlar təklif ediblər ki, 28 aprel – iş yerlərində həlak olan və zərər çəkmiş işçilərin “Xatirə günü” kimi qeyd olunsun. Azad Həmklarlar İttifaqlarının Beynəlxalq Konfederasiyası iş yerlərində səmərəli əmək şəraitinin təşkilinə diqqəti daha da cəlb etmək üçün onun əhatə dairəsini genişləndirməklə həmin günü Ümumdünya tədbiri günü kimi qeyd edirlər".
Şöbə rəisi İ.Behbudov çıxış edərək BƏT tərəfindən 2017-ci ildə Ümumdünya əməyin mühafizəsi günü haqqında “Optimallaşma, əməyin mühafizəsinə dair məlumatların toplanması və istifadə edilməsi: Profilaktika mədəniyyətinin əsaslarının möhkəmləndirilməsi” devizi altında məlumat verdikdən sonra İstehsalat Birliyi üzrə ötən illərdə görülmüş işlər və qazanılmış uğurlar haqqında ətraflı məlumatları yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.
Ə.Qurbanov isə əsas məqsədin iş yerlərində işçilərin əməyinin mühafizəsini təşkil etmək, baş verə biləcək bədbəxt hadisələrin sayını minimuma endirmək olduğunu bildirib. Onun sözlərinə görə, işəgötürənlər tərəfindən işçilərin qanuni hüquq və mənafelərini həyata keçirmək, onlar üçün sağlam və təhlükəsiz əmək şəraiti yaratmaq, qabaqcıl iş təcrübəsini yaymaq və təbliğ etmək, hər bir iş yerində təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində həmkarlar təşkilatları və işəgötürənləri mənəvi və maddi cəhətdən həvəsləndirmək, istehsalat zədələnmələrinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməkdən ibarədir. Ə.Qurbanov bildirib ki, bu işlərin mövcud qaydaların tələblərinə uyğun həyata keçirilməsində Birliyin idarəetmə aparatı və onun struktur bölmələrində olan əməyin təhlükəsizliyi xidmətlərinin, eləcə də Həmkarlar İttifaqı Təşkilatlarının rolu böyük əhəmiyyətə malikdir.
Sonda əməyin mühafizəsi sahəsində yüksək nəaliyyətlər qazanaraq fərqlənmiş işçilərə dəyərli mükafatlar və fəxri fərmanlar verilib.





Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azeriqaz-da-umumdunya-emeyin-muhafizesi-gunu-munasibeti-ile-yigincaq-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR