Argentina yığmasının yeni baş məşqçisi bəllidir

Argentina yığmasının yeni baş məşqçisi bəllidir
14:52 28 Aprel 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Argentina yığmasının yeni baş məşqçisinin adı açıqlanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapiya "Sevilla"nın baş məşqçisi Xorxe Sampaolinin komandanı çalışdıracağını bildirib.

"Yığmanın yeni baş məşqçisi kimi Sampaolini seçdik. Ancaq "Sevilla" ilə də yaxşı münasibətlərimizi qorumaq istəyirik. Ona görə də bu məsələ ilə bağlı danışıqlara İspaniya çempionatı başa çatandan dərhal sonra başlayacağıq".

Sampaolinin "Sevilla" ilə müqaviləsi gələn ilin yayında başa çatır. 57 yaşlı çalışdırıcı 1,5 milyon avro kompensasiya müqabilində müqaviləyə xitam verə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/539638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR