Yığmamız prezident kubokuna medalla başladı

Yığmamız prezident kubokuna medalla başladı
14:57 28 Aprel 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

Yunanıstanın paytaxtı Afinada Ümumdünya Taekvondo Federasiyasının prezident kubokuna start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Belə ki, 57 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Yarpaq Eriş bürünc medal qazanıb. İlk görüşündə yerli Asimina Tzortzini mübarizədən kənarlaşdıran taekvondoçumuz ardınca fransalı Lauriqan Çelini, belçikalı Rahele Asemani və polşalı Patrisiya Adamyeviçi məğlub edib. Lakin Eriş yarımfinal səddini keçə bilməyib. O, rusiyalı Yekaterina Kimə uduzaraq, 3-cü yeri tutub.
 
Qeyd edək ki, sayca ikinci olan G2 kateqoriyalı yarışda yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandamız 35 idmançı ilə təmsil olunur. Bu turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə etmiş olacaqlar. Yarışa aprelin 30-da yekun vurulacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/539635.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR