Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Tərtərdə vətəndaşları qəbul edib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Tərtərdə vətəndaşları qəbul edib
15:02 28 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov bu gün Tərtər rayonunda vətəndaş qəbulu keçirib. Bu barədə "Report"a Komitədən bildirilib.
Qəbulda Tərtərlə yanaşı Naftalan, Goranboy, Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.
Komitə sədri qeyd edib ki, ölkənin 12 rayonunda artıq elektron kadastr uçotu işləri yekunlaşdırılıb: "Bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıb. 2017-ci ildə isə bütövlükdə respublika tabeli 3 şəhərdə və 14 kənd rayonunda torpaqların elektron uçota alınması işi yekunlaşacağı planlaşdırılır. Ümumilikdə isə 53 rayon mərkəzi və ona bitişik şəhər və qəsəbələrdə daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması işləri davam etdirilir".
Qeyd edək ki, ƏMDK sədri tərəfindən keçirilən belə vətəndaş qəbullarının qarşıdakı aylarda digər şəhər və rayonlarda da təşkili davam etdiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/emlak-meseleleri-dovlet-komitesinin-sedri-terterde-vetendaslari-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR