Türkiyəli nazir: "Rəcəb Tayyip Ərdoğan Bakı-Tbilisi-Qarsda işlərin gedişini şəxsən izləyib"

Türkiyəli nazir: "Rəcəb Tayyip Ərdoğan Bakı-Tbilisi-Qarsda işlərin gedişini şəxsən izləyib"
15:02 28 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti bu il iyun ayının sonunda istismara veriləcək. "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan bildirib.
"BTQ Qars və Mərkəzi Asiya, habelə Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Çin arasında yüklərin daşınmasının təşkilinə imkan verəcək", - deyə Ə.Arslan qeyd edib. 
Onun sözlərinə görə, Osmanlı və Səlcuqlar dövlətlərinin memarlıq üslubunda olan Qars dəmiryolu stansiyasının tikintisi işləri artıq yekunlaşıb.
"Yüklərin boşaldılıb-yüklənməsi şəhər kənarında icra ediləcək. Məmnunluqla deyə bilərəm ki, dəmir yolunun tikintisi yekunlaşmaq üzrədir. Türkiyə prezidenti və baş naziri bu beynəlxalq layihənin reallaşdırılmasının gedişini şəxsən izləyirdilər", - deyə Ə.Arslan əlavə edib.
Onun sözlərinə görə, türkiyəli istehsalçıların məhsulları BTQ vasitəsilə Qarsdakı logistika mərkəzindən tədarük ediləcək. Bu, tədarükün maya dəyərinin və çatdırılması vaxtının azalmasına səbəb olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/turkiyeli-nazir-receb-tayyip-erdogan-baki-tbilisi-qarsda-islerin-gedisini-sexsen-izleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR