Türkiyə prezidentinin hakim partiyaya üzv olacağı tarix açıqlanıb

Türkiyə prezidentinin hakim partiyaya üzv olacağı tarix açıqlanıb
15:17 28 Aprel 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 2-də yenidən hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olacaq.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, AKP-nin indiki sədri, baş nazir Binəli Yıldırım R.T.Ərdoğanı partiyaya dəvət edəcək.
Məlumata görə, mayın 2-də AKP-nin Mərkəzi İdarə Heyəti partiyanın baş qərargahına toplaşacaq. İclasda Türkiyə prezidentinin hakim partiyaya üzvülüyü məsələsinə baxılacaq.
Qeyd edək ki, AKP-nin fövqəladə qurultayı mayın 21-də keçiriləcək. Konstitusiyaya edilən dəyişikliklərə əsasən, artıq Türkiyə prezidenti siyasi partiyaya üzv ola bilər. Fövqəladə qurultayda R.T.Ərdoğanın yenidən AKP sədri olması məsələsinə baxılacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-prezidentinin-hakim-partiyaya-uzv-olacagi-tarix-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR