Azərbaycan XİN: Nazirlərin üçtərəfli görüşünün nəticələri dövlət başçılarına məruzə ediləcək

Azərbaycan XİN: Nazirlərin üçtərəfli görüşünün nəticələri dövlət başçılarına məruzə ediləcək
15:32 28 Aprel 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ "Moskvada aparılan üçtərəfli müzakirələrin nəticələri xarici işlər nazirləri tərəfindən aidiyyəti üzrə dövlət başçılarına məruzə ediləcək". 
“Report”un xəbər verir ki, bunu Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşünü şərh edən Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
"Aprelin 28-də Moskvada Rusiyanın xarici işlər naziri Serqey Lavrovun təşəbbüsü və dəvəti əsasında Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirinin üçtərəfli görüşü keçirilib. Görüşdə keçən il Vyana və Sankt-Peterburqda keçirilən görüşlər əsnasında prezidentlər səviyyəsində aparılan substantiv danışıqlar ətraflı müzakirə edilib", -deyə Azərbaycan XİN-in rəsmisi vurğulayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/azerbaycan-xi-n-nazirlerin-ucterefli-gorusunun-neticeleri-dovlet-bascilarina-meruze-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR