Belarus gimnastı: "Tamaşaçıların dəstəyi mənə irəli getməyə güc verir"

Belarus gimnastı: "Tamaşaçıların dəstəyi mənə irəli getməyə güc verir"
15:32 28 Aprel 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

"Tamaşaçıların dəstəyi mənə irəli getməyə güc verir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda çıxış edən Belarus gimnastı Alina Harnasko deyib.

Öz çıxışı haqqında danışan gimnast heç kimin ideal çıxış etmədiyini, səhvlərin olduğunu bildirib: "Ümumilikdə mən yaxşı çıxış etdim. Zalın dəstəyi çox xoşuma gəldi. Mən iki növdə stabil çıxış etdim. Amma hələ də çox çalışmalıyam".

Gimnast qeyd edib ki, onun əsas rəqibləri Rusiya, Ukrayna, Bolqarıstan və İsrail gimnastlarıdır.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 92 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışların ilk iki günü təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.

Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/539654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR