"Nəticələr dövlət başçılarına məruzə ediləcək" - XİN

"Nəticələr dövlət başçılarına məruzə ediləcək" - XİN
15:39 28 Aprel 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

“28 aprel tarixində Moskvada Rusiya Federasiyası xarici işlər naziri Serqey Lavrovun təşəbbüsü və dəvəti əsasında Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirinin üçtərəfli görüşü keçirilib”.
 
Bu barədə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev nazirlərin görüşünü şərh edərkən deyib.
 
O bildirib ki, görüşdə keçən il Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlər əsnasında prezidentlər səviyyəsində aparılmış substantiv danışıqlar ətraflı müzakirə edilib: “Aparılmış üçtərəfli müzakirələrin nəticələri xarici işlər nazirləri tərəfindən aidiyyəti üzrə dövlət başçılarına məruzə ediləcək”.
 
Qeyd edək ki, bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında üçtərəfli görüş keçirilib.
 
Görüşün müəyyən mərhələsinə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273359

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR