XİN: Üçtərəfli görüşünün nəticələri dövlət başçılarına məruzə ediləcək

XİN: Üçtərəfli görüşünün nəticələri dövlət başçılarına məruzə ediləcək
15:48 28 Aprel 2017
48 Digər
Ölkə mətbuatı
A- A+

"Moskvada aparılan üçtərəfli müzakirələrin nəticələri xarici işlər nazirləri tərəfindən aidiyyəti üzrə dövlət başçılarına məruzə ediləcək".

Bunu Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşünü şərh edən Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Aprelin 28-də Moskvada Rusiyanın xarici işlər naziri Serqey Lavrovun təşəbbüsü və dəvəti əsasında Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirinin üçtərəfli görüşü keçirilib. Görüşdə keçən il Vyana və Sankt-Peterburqda keçirilən görüşlər əsnasında prezidentlər səviyyəsində aparılan substantiv danışıqlar ətraflı müzakirə edilib", - Azərbaycan XİN-in rəsmisi vurğulayıb. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/196837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR