Səfir: "Azərbaycan ilə Macarıstan arasında əlaqələr bütün sahələrdə inkişaf edir"

Səfir: "Azərbaycan ilə Macarıstan arasında əlaqələr bütün sahələrdə inkişaf edir"
15:52 28 Aprel 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ "Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı hər iki tərəfin xidmətidir".
"Report" xəbər verir ki,  bunu Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibəti ilə bildirib.
Səfir iki ölkənin liderlərinin də bir-birini yaxşı başa düşdüyünü, bunun nəticəsi olaraq Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Macarıstana səfəri zamanı iki ölkə arasında strateji əməkdaşlıq haqqında Memorandum imzalandığını vurğulayıb: "Beləliklə, əlaqələrimiz bütün sahələrdə inkişaf edir".
İki ölkə arasında əlaqələrin gələcəyini necə görməsi ilə bağlı sualı cavablandıran İ.Laslotski bu məsələdə özünü böyük optimist hesab etdiyini bildirib: "Bunun üçün əsasım var. Elə ona görə də Azərbaycan-Macarıstan əməkdaşlığının gələcəyinə nikbin baxıram."

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/sefir-azerbaycan-ve-macaristan-arasinda-elaqeler-butun-sahelerde-inkisaf-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR