Özünü qatarın altına atdı - ayağını dizdən kəsdilər

Özünü qatarın altına atdı - ayağını dizdən kəsdilər
15:54 28 Aprel 2017
61 Digər
Ölkə mətbuatı
A- A+

 

Dünən Ucar rayonunda baş vermiş intihara cəhdlə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Ucar şəhər sakini, 1967-ci il təvəllüdlü Pirqafarov Adil Mirələkbər oğlu özünü rayon mərkəzindən keçən dəmir yol xəttində qatarın altına atıb.

 

Bildirilir ki, A.Pirqafarov hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilib və bir ayağı dizdən amputasiya edilib. Onun həyatı üçün təhlükə qalmayıb.

 

Məlum olub ki, hadisə vaxtı 50 yaşlı kişi sərxoş olmayıb. O bir neçə il əvvəl həyat yoldaşından boşanıb və valideynlərinin yanında yaşayır. A.Pirqafarov xeyli vaxtdır ki, işsizdir.

 

Araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273362

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR