"Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda sadəcə layiqli və finalda yaxşı çıxış edəcəyimə ümid edirəm".
Milli.Az xəbər verir ki, bunu Trend-ə rusiyalı gimnast Arina Averina deyib.
İdmançı təsnifat mərhələsindəki çıxışına "4" verib: "Hər şeyi planlaşdırdığım kimi edə bilmədim. Üzərində işləməli olduğum məqamlar var. Düşünürəm ki, bu gün halqa ilə daha yaxşı çıxış etdim, nəinki topla".
A.Averina Bakıda ilk dəfə çıxış etdiyini və tamaşaçıların ona çox kömək etdiyini, onu ürəkləndirdiyini qeyd edib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində