Kəndli WhatsApp-dan yararlandı, pul qazandı, məşhur oldu - VİDEO - FOTO

Kəndli WhatsApp-dan yararlandı, pul qazandı, məşhur oldu - VİDEO - FOTO
16:05 28 Aprel 2017
104 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hindistanın Nepalla sərhədindəki Uttar-Pradeş ştatındakı Pilibhit bölgəsində yerli sakinlərin əsas xəbər mənbəyi saytlar, telekanallar, qəzetlər və ya radiostansiyalar yox, WhatsApp messenceridir.

Milli.Az Hindustan Times-a istinadən bildirir ki, əvvəllər adi kəndli olmuş Şivendra Gaur məhz WhatsApp-dan yararlanır, əldə etdiyi xəbərləri bölüşür. Onun WhatsApp-da ötən ilin aprelində yaratdığı qrupun indi 11400-dən artıq təqibçisi var.

Həmin şəxslərin 8 min nəfəri ildə 100 rupi, yəni təqribən 1,5 dollar "abunə pulu" ödəyir. Yerdə qalanlarsa xəbərləri pulsuz alan tələbələrdir.

"Rocket Post Live" qrupunda abunəçilərə gün ərzində xəbərlər göndərilir, axşam saat 8-də isə hindi dilində video paylaşılır.

"Rocket Post Live" yerli olaylardan bəhs edir.

"Abunəçilərin arasında həkimlər, mühəndislər, polislər, yerli siyasətçilər, məmurlar da var. WhatsApp kütləvi paylaşmalar üçün nəzərdə tutulmadığından hər abunəçiyə ayrılıqda xəbər yollayıram. Hər yeni abunəçi yeni məlumatlar və xəbərdarlıqlar üçün kod alır", - Gaur deyib.

Gaurun komandasında 5 reportyor və iki frilanser var. O, reportyorlarına ayda 3-5 min rupi ödəyir və beləcə, ayın sonunda 20 min rupi Gaura qalır.

Hindistanda WhatsApp-ın 200 milyon istifadəçisi var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Kəndli WhatsApp-dan yararlandı, pul qazandı,məşhur oldu


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/539613.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR