Kişi 4 tonluq qayanın altında qaldı - FOTO

Kişi 4 tonluq qayanın altında qaldı - FOTO
16:13 28 Aprel 2017
101 Dünya
Ölkə mətbuatı
A- A+

Antalyada 35 yaşlı Şaban Küp həyatyanı sahəsində olan 4 tonluq qayanı torpağa basdırmaq istəyərkən altında qalaraq ölüb.

Publika.az xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib. Antalyanın Qaş rayonunda baş vermiş hadisədə həyatını itirən Şaban 3 uşaq atası olub.

Qayanın ətrafını 3,5 metr dərinliyə qədər qazan Şaban ehtiyyatsızlıq səbəbindən qayanın altına düşüb. Hadisə yerinə gələn tibb briqadasının müdaxiləsinə baxmayaraq, kişini xilas etmək mümkün olmayıb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR