İti vuran oğrular evdən qızıl oğurladılar - VİDEO - FOTO

İti vuran oğrular evdən qızıl oğurladılar - VİDEO - FOTO
16:17 28 Aprel 2017
81 Digər
Ölkə mətbuatı
A- A+

"Evi altını-üstünə çevirib gediblər"

Ötən gecə Goranboyun Qızılhacılı qəsəbəsində, Ziya Abdullayevin evində oğurluq hadisəsi baş verib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, Abdullayevlər səhər saatlarında Yevlaxdan qayıdan zaman mənzilin qapısının sındırıldığını, otaqdakı əşyaların dağıdıldığını və qızılların oğurlandığını görüblər.

Oğrular həyətdəki iti də vuraraq huşsuz vəziyyətə salıblar. Hadisə yerinə polis əməkdaşları baxış keçirib.

Gülnar Abdullayeva - Zərərçəkən şəxs: "Axşam Yevlaxa bacımgilə getmişik. Səhər saat 9-da da gəldik ki, evimiz pis vəziyyətdədir. Mənim 1 sepimi, 2 dənə də üzlüyümü aparıblar. Evi də altını-üstünə çevirib gediblər".

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

İti vuran oğrular evdən qızıl oğurladılar


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/539678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR