Dövlət Komitəsi sədrinin müavini Fransa XİN-in nümayəndələri ilə görüşüb

Dövlət Komitəsi sədrinin müavini Fransa XİN-in nümayəndələri ilə görüşüb
16:17 28 Aprel 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin nəzdində Kontinental Avropa departamentinin direktoru Florans Manjən, sözügedən departamentin direktor müavini Nikola Dölakost ilə görüşüb.
Komitədən "Report"a verilən məlumata görə,Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez, səfirliyin birinci müşaviri Fabien Dru-Lozinskinin də qatıldığı görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, Azərbaycanda müxtəlif dini, milli qruplara dillərini, mədəniyyətlərini və adət-ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək üçün bütün şərait yaradılıb. O qeyd edib ki, tolerantlığın təşviqində və radikalizmə qarşı mübarizədə Fransa və Azərbaycan sekulyar modelləri mühüm rol oynayır.
Florans Manjən tolerantlığın Azərbaycan xalqının səciyyəvi xüsusiyyəti olduğunu, Azərbaycanda dövlət-din, konfessiyalararası münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildirib.
Görüş Azərbaycan-Fransa əməkdaşlığının gücləndirilməsinə yönəlmiş tədbirlərin müzakirəsi ilə davam edib.

Xəbərin orijinal ünvanı: https://report.az/din/dovlet-komitesi-sedrinin-muavini-fransa-xi-n-in-numayendeleri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR