Azərbaycanda xeyirxah bərbər - Şəhid ailələrinə pulsuz xidmət göstərir - VİDEO - FOTO

Azərbaycanda xeyirxah bərbər - Şəhid ailələrinə pulsuz xidmət göstərir - VİDEO - FOTO
16:22 28 Aprel 2017
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıtda şəhid və imkansız ailələrə xidmət pulsuzdur.

Milli.Az ARB 24-ə istinadla xəbər verir ki, şəhərin 25 yaşlı bərbəri Vüsal Abdulhüseynov şəhid ailələrinə yardım məqsədi ilə humanitar kampaniyaya start verib.

Vüsal Abdulhüseynov (bərbər): "Şəhid və kimsəsiz ailələrə pulsuz yardım göstərmək istədim. Onlara kömək məqsədilə bu cür yola əl atdım. Şəhid ailələrinə diqqət önəmlidir. Onlara borcumu bu yolla ödəməyə çalışıram". 

Xeyirxah bərbər deyir ki, bəzi insanlar bundan sui-istifadə edirlər. Amma buna baxmayaraq o, xeyirxah əməlini davam etməkdə israrlıdır. Şəhər sakinləri onun bu əməlini təqdirəlayiq adlandırır və rəğbətlə qarşılayırlar. 

25 yaşlı saç ustası bu əməlindən böyük şərəf duyduğunu və hər zaman sevə-sevə davam etdirəcəyini deyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda xeyirxax bərbər - Şəhid ailələrinə pulsuz xidmət göstərir


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/539651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR