Rövşəni öldürdüyünü deyən oğru haqda ŞOK DETAL

Rövşəni öldürdüyünü deyən oğru haqda ŞOK DETAL
16:23 28 Aprel 2017
131 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qanuni oğru Rəşad İsmayılov (Rəşad Gəncinski) barədə sensasion məlumat açıqlayıb.

Musavat.com xəbər verir ki, məlumatda R.İsmayılovun Moskvada öldürülən biznesmen Canbulat Şamiloğlunun qətlinin sifarişçisi olduğunun təsdiqləndiyi bildirilib.

İşin sensasion tərəfi budur ki, R.İsmayılov ötən ilin avqustunda Türkiyədə qətlə yetirilən qanuni oğru Rövşən Canıyevin (Lənkəranski) öldürülməsini üstənərək, Canbulatın intiqamı kimi izah etmişdi.

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə o zaman bildirmişdi ki, Rəşad Gəncinski qanqsterlər arasındakı söhbətlərdən birində Canıyevi onun əmri ilə “o biri dünyaya göndərdiklərini” deyib. Rəşad Gənsinski bildirib ki, Lənkəranskinin qətlinin motivi onun yaxın dostu, “göyərti kralı” kimi tanınan biznesmen Cambulat Şamiloğlunun öldürülməsidir.

İndi isə məlum olur ki, həmin qətlin sifarişçisi Rəşad Gəncinskinin özü olub. Rusiya mətbuatı yazır ki, azərbaycanlı qanuni oğru qətli hazırda həbsdə olan “Şakro Molodoy” kimi tanınan Zaxari Kalaşovdan alıb və killer axtarışına çıxıb. 2016-cı ildə Moskvanın yol polisi əməkdaşları təsadüf nəticəsində bir nəfəri saxlayıblar və ondan Canbulat Şamiloğlunun qətlə yetirildiyi silah tapılıb. Sonra araşdırma nəticəsində killerin telefonundan Rəşad Gəncinski ilə zəngləşməsi və yazışmaları tapılıb. Tapılan yazışmada söhbət Canbulatın öldürülməsindən gedirmiş. Hazırda Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb və Rəşad Gəncinski beynəlxalq axtarışa verilib. Qətlin motivinə gəlincə, bildirilir ki, “göyərti kralı” kimi tanınan Canbulat “oğru ödənəyinə” (“obşak”) pul verməkdən imtina edibmiş.

Rusiya İstintaq Komitəsinin bu məlumatı daha bir sensasion faktı üzə çıxarır. Çünki indiyədək Cambulat Şamiloğlunun güllələnməsi mərhum Rövşən Lənkəranskinin adına yazılırdı. İddia olunurdu ki, bu qətli Canıyevin qruplaşmasından olan iki killer həyata keçirib. Habelə deyilirdi ki, Cambulatın öldürülməsi əmrini onunla münaqişədə olan Lənkəranski şəxsən verib.

Canbulat Şamiloğlu 16 mart 2016-cı ildə Moskvada, Slavyan bulvarı ünvanında yerləşən evinin qabağında qətlə yetirilib. O, Rusiya paytaxtına gətirilən topdansatış göy-göyərti biznesinə sahib idi.

Rəşad Gəncinskiyə gəlincə, o, 1978-ci ilin 16 martında Gəncədə anadan olub. "Qanuni oğru” adını 2013-cü ildə alıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/cinayetdunyasi/196841.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR