“Bank of Baku”nun İdarə Heyətinin sədrinin səlahiyyətlərindən bir azaldılıb

“Bank of Baku”nun İdarə Heyətinin sədrinin səlahiyyətlərindən bir azaldılıb
16:27 28 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ “Bank of Baku” ASC-nin İdarə Heyətinin sədri Eldar Həmidovun səlahiyyətlərindən biri azaldılıb. “Report” xəbər verir ki, E.Həmidov daha satış sahəsinin rəhbəri vəzifəsini icra etmir.
Qeyd edək ki, hazırda İdarə Heyəti sədri vəzifəsini müvəqqəti olaraq İdarə Heyəti sədrinin müavini Eldar Həmidov icra edir.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı), 28,89%-i "Azpetrol" neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bank-of-baku-nun-i-dare-heyetinin-sedrinin-selahiyyetlerinden-bir-azaldilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR