Qazaxıstanda 30 dərəcə istidən sonra qar yağacaq

Qazaxıstanda 30 dərəcə istidən sonra qar yağacaq
16:27 28 Aprel 2017
84 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Qazaxıstanın cənub rayonlarında qısa sürən 30 dərəcə istidən sonra hava kəskin soyuyacaq, sulu qar və şaxta proqnozlaşdırılır.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, "Kazhidromet"in fırtına xəbərdarlığına əsasən, aprelin 29-da gecə Cənubi Qazaxıstan regionunda sulu qara keçəcək yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır, şimal-qərb küləyi 15-20 m/s qədər güclənəcək. Aprelin 28-30-da ölkədə gecə şaxta olacağı proqnozlaşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/region/qazaxistanda-30-derece-istiden-sonra-qar-yagacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR