“Bank Standard”ın Kreditorlar Komitəsinə sədr seçmək mümkün olmayıb

“Bank Standard”ın Kreditorlar Komitəsinə sədr seçmək mümkün olmayıb
16:32 28 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin bu gün keçirilən ilk iclasında quruma sədr seçmək mümkün olmayıb.
“Report”un məlumatına görə, kreditorların təklifi ilə bu məsələnin 1 həftədən sonra müzakirə edilməsinə qərar verilib.
Bununla yanaşı, kreditorlar bankdan alacağı olan Xəzər Universitetinin İnkişaf Mərkəzinin rəhbəri Raziyə İsayevanı Kreditorlar Komitəsinin iclasının katibi seçiblər.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bank-standard-in-kreditorlar-komitesine-sedr-secmek-mumkun-olmayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR